Bu ölkədə 237 nəfər istidən ÖLDÜ

  • 2022.07.16 13:06
  • 1354 Baxış
Bu ölkədə 237 nəfər istidən  ÖLDÜ
İspaniyada anomal istilər səbəbindən 240-a yaxın insan həyatını itirib.


Medicina.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.


Məlumata görə, iyulun 10-dan 14-dək havanın temperaturunun yüksək olması səbəbindən 237 nəfər ölüb. Ən çox insan təlafatı iyulun 14-də qeydə alınıb. Belə ki, həmin gün krallığın 93 sakini dünyasını dəyişib.


Sinoptiklərin məlumatına görə, son günlər İspaniyada havanın temperaturu 40 dərəcədəndən yüksəkdir, bəzi bölgələrdə isə 45°-yə çatıb.