Bu ölkədə açıq havada maska məcburi oldu

  • 24 Dek 2021 11:45
  • 1878 Baxış
Bu ölkədə açıq havada maska məcburi oldu
İtaliyada açıq havada maska taxmaq məcburi olub.


Medicina.az “Haber Global”a istinadən xəbər verir ki, Nazirlə Kabinetinin Baş nazir Mario Draginin rəhbərliyi ilə keçirilən iclasında ölkədə pandemiya ilə bağlı vəziyyətin gərgin olduğu vurğulanıb.

Yeni qərara əsasən, yanvarın 31-dək kütləvi toplaşmalar qadağan edilib. Həmçinin diskotekaların fəaliyyəti dayandırılıb.

Kütləvi məkanlarda, o cümlədən ictimai nəqliyyatda “FfP” tipli tibbi maskadan istifadə məcburi olub.