Bu reseptdən hər gün səhər oyanan kimi istifadə edin - Məşhur həkim

  • 30 May 2022 16:13
  • 6081 Baxış
Bu reseptdən hər gün səhər oyanan kimi istifadə edin   - Məşhur həkim

"Bu reseptdən hər gün səhər duran kimi istifadə edin. Sağlamlıq üçün olduqca faydaları vardır".



Medicina.az xəbər verir ki, tanınmış fitoterapevt Fizuli Hüseynov bu resept haqqında məlumat verərək bildirib ki, səhər duran kimi ac qarına 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı bal, 2 xörək qaşığı limon şirəsini bir-birinə yaxşı-yaxşı qarışdırıb ac qarına içmək çox faydalıdır:

"Bu qarışım rahat içilir və içildikcə sevilir, çünki faydalarını görəcəksiniz. Qanı durulaşdırır, mədə-qida borusu və bağırsaqlarda səpmələr varsa, mədə qıcqırması, kolit olanlar üçün faydalıdır, yüngül işlədici təsiri olmaqla yanaşı babasili olanlar üçün faydalıdır.

Qarışım həmçinin immuniteti yüksəldir, allergiyadan əziyyət çəkənlər üçün olduqca faydalıdır, həmçinin qan dövranını yaxşılaşdırır, əlləri, ayaqları həmişə soyuq olanlar üçün də faydalıdır. Yaddaşı gücləndirir, çünki beyin-qan dövranını yaxşılaşdırır.

Bu qarışımı uşaqlara da vermək olar. Onların iştahını açır, əhvalını yüksəldir, böyrəkləri və ödü təmizləyir, ac qarına mütəmadi içildikdə, bağırsaq xovlarının arasındakı daşları da təmizləyir, öd yollarındakı durğunluğu götürür, yüksək xolesterini aşağı salır.

Həkim bildirib ki, bu qarışımdan içənlər ürək xəstəliyinə tutulmaz, infarkt olmaz, beyninə qan sızmaz, çünki qan təzyiqini həmişə normada saxlayır, qanı qatılaşmaqdan qoruyur, damarların içini lipidlərdən, yağlardan təmizləyir, qaraciyər piylənməsi olanlar üçün də çox faydalıdır.

Həmçinin vitaminsizlikdə, yorğunluqda faydaları da vardır. Gündə 1 dəfə qəbul profilaktika üçündür, lazım olduqda bu qarışımı gündə 2-3 dəfə də içmək olar.