Bu üzük qan analizi olmadan sağlamlığı yoxlayır

  • 2026.07.28 11:14
  • 313 Baxış
Bu üzük qan analizi olmadan sağlamlığı yoxlayır

Kaliforniya Universitetinin (San Dieqo) alimləri istifadəçinin tərini analiz edərək sağlamlıq göstəricilərini izləyə bilən ağıllı üzük hazırlayıblar.

Medicina.az xəbər verir ki, yeni cihaz barmaq tərindəki qlükoza, ketonlar, C vitamini, sidik turşusu, laktat və alkoqol kimi biomarkerləri müəyyən edə bilir.

Üzük eyni anda dörd biomarkeri analiz etmək imkanına malikdir.

Tədqiqatçıların sözlərinə görə, cihaz qan analizi və ya iynəyə ehtiyac olmadan, xüsusi hidrogel vasitəsilə dəridən çox az miqdarda tər toplayır. Əldə olunan məlumatlar sensorlar tərəfindən emal edilir və mobil tətbiqə göndərilir.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə insanların sağlamlıq vəziyyətini gündəlik və rahat şəkildə izləməsinə kömək edə bilər.

Xanım,
Medicina.az