Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi

  • 2026.06.20 13:43
  • 79 Baxış
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır -  Rəsmi

Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı məsələsinə aydınlıq gətirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Medicina.az -a verilən məlumatda bildirilib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, talassemiya xəstəliyinin gen daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.

Belə ki, Əsasnamənin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq, “talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı sayılırlar.

Qeyd edək ki, hərbi xidmətə yararlılıq dərəcələri çağırışçıların sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Talassemiya gen daşıyıcılığı isə mövcud qaydalara əsasən şəxsin hərbi xidmət keçməsinə maneə yaradan hal hesab olunmur.