Bu yaşa qədər uşaqlara göbələk vermək olmaz - Həkim

  • 2022.09.06 15:04
  • 2796 Baxış
Bu yaşa qədər uşaqlara göbələk vermək olmaz  - Həkim

Qastroenteroloq Natakliya Stukova azyaşlı uşaqlar və hamilələrə göbələyin zərəri barədə danışıb.


"Medicina" xəbər verir ki, 10 yaşa qədər uşaq orqanizmi göbələkləri həll edə bilmir.


"Baxmayaraq ki, göbələklər vitamin və elementlərlə zəngin super qidadır, bir qrup şəxsə ümumiyyətlə ondan imtina etmək lazımdır.


Məsələn, hamilə, südverən qadınlar və 10 yaşdan aşağı uşaqlar.


Hamilələrdə bu zəhərlənmədən qorumaq üçündür. Uşaqlarda isə daxili sekresiya vəziləri göbələyi həll etmək üçün formalaşmayıb.

Eləcə də mədəaltı vəz xəstəliyi, ferment çatışmazlığı, qaraciyər, mədə, nazik bağırsaq xəstəlikləri olanlara da olmaz.

Çox göbələk növləri polisaxaridlərdən ibarətdir ki, onlar bağırsaqdan sovrulmur.

Əgər sizdə qastrit, xora varsa, göbələk zülalları sizə ağırlıq verəcək.


Eləcə də hər gün göbələkli yemək olmaz.

Aygün Musayeva