Burun - boğazı yumaq koronavirusdan qoruyurmu?

  • 2020.10.19 18:15
  • 3489 Baxış
Burun -  boğazı yumaq koronavirusdan qoruyurmu?

Burunu, boğazı spirtli məhlul, dezinfeksiyaedici vasitə və ya duzlu su ilə yumaq virusun orqanizmə keçməsinin qarşısını alırmı?

Bir çox insanlar əllərini yumaqdan çox ağız, burunun dezinfeksiyasına önəm verir.

Medicina.az xəbər verir ki, həkimlər hansı halda bu metodun effektiv olduğunu açıqlayıb.


“Müəyyən hallarda burun və boğazın selikli qişasının dezinfeksiya olunmasının önəmi var – deyə pulmonoloq A. Evdokimova bildirib – Rusiyada tibbi personalın profilaktikası üçün boğazın 70%li spirtli məhlul və buruna 2%li bor turşusu damcısının tökülməsi tövsiyə edilir. Bu o halda olunmalıdır ki, həkim koronaviruslu xəstə ilə birbaşa təmasda olsun. Məsələn, evə çağırışa gedir, xəstənin koronaviruslu olduğunu bilmir, qoruyucu vasitələr olmadan ona toxunur və s.

Bu halda xəstədən aralanan kimi selikli qişaları bu vasitələrlə yumaq patogen virusu məhv edə bilər.
Və yaxud kimsə sizin yanınızda asqırır və siz zərrəciklərin sizə keçdiyini hiss edirsiz. O zaman dərhal yerindəcə burun boğazı yumaq effekt verə bilər.


Qalan hallarda işdən, yoldan gəlib burunu, boğazı dezinfeksiya etməyin mənası yoxdur. Çünki virus burundan aşağı tənəffüs yollarına hüceyrə səviyyəsində keçir, bu isə çox sürətlə baş verir. Bundan sonra heç bir xarici dezinfeksiyanın önəmi qalmır”.