Buzlaqların əriməsi rekord həddə çatır - Fəlakət ili gəlir

  • 2022.09.29 14:40
  • 658 Baxış
Buzlaqların əriməsi rekord həddə çatır  - Fəlakət ili gəlir

İsveçrə buzlaqlarının bu il isti qış səbəbindən ümumi həcminin 6%-ni itirib.



"Medicina" xəbər verir ki, İsveçrə Elmlər Akademiyasının araşdırması nəticəsində buzlaqların dramatik həddə əriməsi açıqlanıb.


“2022-ci il İsveçrə buzlaqları üçün fəlakətli il oldu: buzların əriməsi üzrə bütün rekordlar qırıldı”, - deyə komissiyadan bildirilib. Vurğulanıb ki, 12 ayda 2% itki əvvəllər ekstremal hal hesab edilib.

Məlumata görə, üç kub kilometr buz əriyib ki, bu da üç trilyon litr su deməkdir.

İsveçrədəki Buzlaqların Monitorinqinin rəhbəri, professor Mattias Quss bildirib ki, ərimənin sürətini saxlamaq və qarşısını almaq mümkün deyil.


Aygün Musayeva