Türkiyəli aktyor Çağatay Ulusoyun son görünüşü sosial mediada gündəm olub.
Medicina.az xəbər verir ki, 2010-cu ildə "Best Model of Turkey" mükafatını qazandıqdan sonra aktyorluq karyerasına "Adını Feriha Koydum" serialı ilə başlayan Çağatay Ulusoy son görünüşünə görə müzakirə mövzusu olub.
Uzun müddətdir ekranlardan uzaq olan və kökəlməsi ilə diqqət çəkən Ulusoy, Bodrum Türkbükü-də pərəstişkarı ilə şəkil çəkdirib. Pərəstişkarın paylaşdığı şəkil tez bir zamanda sosial mediada yayılıb.
Bir vaxtlar əzələli bədən quruluşu ilə heyran edən məşhur aktyor son görünüşü ilə izləyicilərini təəccübləndirib. Çağatay Ulusoyun dəyişimi sosial mediada gündəm olarkən, pərəstişkarları onun yeni görünüşünə şərhlər yazıblar.
Aygün
Medicina.az