Cəmi 2 dəqiqədə qan şəkərini aşağı salan üsul

  • 2024.04.03 10:01
  • 1142 Baxış
Cəmi 2 dəqiqədə qan şəkərini aşağı salan üsul
Diabet mütəxəssisi yeməkdən sonra qan şəkərinin səviyyəsini aşağı salmağın sadə üsulunu açıqlayıb.

Medicina.az xəbər verir ki, bir endokrinoloqa görə, tədqiqata əsaslanan metod iki-beş dəqiqə ərzində məsələni həll edə bilər.
Sosial şəbəkədə paylaşım edən ekspert bunları deyib:

“Yeməkdən sonra iki-beş dəqiqə ərzində qan şəkərinizi aşağı sala biləcəyinizi bilirdinizmi? Bir çox insan yeməkdən sonra yüksək qan şəkəri ilə mübarizə aparır və bununla bağlı nə edəcəyini bilmir. Yemək yeməyə başladığınız zaman, xüsusən də karbohidratları ehtiva edən yeməkdən dərhal sonra qanda şəkərin səviyyəsi yüksəlir. Burada sağlam insanlarda insulin rol oynayır və iki saat ərzində qan şəkəri yeməkdən əvvəlki səviyyəsinə qayıdır. Lakin müalicə olunmayan şəkərli diabet xəstələrində qanda şəkər yeməkdən əvvəlki səviyyəyə özbaşına qayıtmır. Xoşbəxtlikdən, yüngül gəzinti də daxil olmaqla, həyat tərzində asan dəyişikliklər qan şəkərinə nəzarəti gücləndirməyə kömək edə bilər”.

Onun sözlərinə görə, yeməkdən sonra sadəcə iki-beş dəqiqəlik sürətli yerimək qan şəkəri səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır:

“Çünki əzələlərimiz enerji üçün yediyimiz qidadan alınan qlükozanı istifadə etməyə başlayır. Buna görə qan şəkərinizin səviyyəsini azaldır. Mən bilirəm ki, yeməkdən sonra məşq etmək həmişə asan deyil, lakin cəmi iki dəqiqənizi buna ayır abilərsiniz”.

Qeyd edək ki, “Journal of the American College of Sports Medicine jurnalında dərc edilən araşdırmaya görə, hər yarım saatda beş dəqiqəlik gəzinti qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Belə ki, yeriməyi vərdiş halına gətirmək bütün gün oturmaqla müqayisədə qan şəkəri artımını 60 faiz azaldır.


Aysel