Çiyələk seçərkən yalnız rənginə aldanmayın. Mütəxəssislərin sözlərinə görə, meyvənin təzəliyini göstərən əsas əlamət yaşıl saplağı və yarpaqlarıdır. Yarpaqlar parlaq yaşıl və dikdirsə, çiyələk təzədir.
Medicina.az xəbər verir ki, alarkən qablaşdırmanı da yoxlamaq vacibdir. Əzilmiş, kiflənmiş və ya tünd ləkəli çiyələklər digər meyvələrin də xarab olmağa başladığını göstərə bilər.
Qoxu seçimdə kömək etsə də, bütün növlər eyni dərəcədə ətirli olmadığı üçün yalnız buna əsaslanmaq düzgün deyil.
Xanım,
Medicina.az