COVID-19-la bağlı qlobal sammit keçiriləcək

  • 2022.04.18 17:36
  • 1698 Baxış
COVID-19-la bağlı qlobal sammit keçiriləcək

COVID-19-la bağlı qlobal sammit keçiriləcək.

Medicina.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, ilk sammitə sədrlik edən ABŞ, Karib Ölkələri Birliyinə sədrlik edən Beliz, G7-yə sədrlik edən Almaniya, G20-yə sədrlik edən İndoneziya və Afrika Birliyinə sədrlik edən Seneqal COVID-19-la bağlı qlobal sammitin keçirilməsi barədə razılıq əldə ediblər.

Qlobal sammit mayın 12-də virtual formatda keçiriləcək.

“Sammit COVID-19 pandemiyasının ağır mərhələsinə son qoymaq və gələcək sağlamlıq təhdidlərinə hazırlaşmaq üçün kollektiv səylərimizi ikiqat artıracaq.

Bu Sammit ABŞ tərəfindən 22 sentyabr 2021-ci ildə çağırılan ilk Qlobal COVID-19 Sammitindən sonra keçirilir. 12 May Sammitindən əvvəl biz dünya liderlərini, vətəndaş cəmiyyəti üzvlərini, qeyri-hökumət təşkilatlarını, xeyriyyəçiləri və özəl sektor yeni öhdəliklər götürməyə və dünyada vaksinasiyanı sürətləndirməyə, hər kəs üçün hər yerdə daha yaxşı sağlamlıq təhlükəsizliyi yaratmaq üçün həllər təqdim etməyə çağırırıq”, - Ağ Evin bəyanatında deyilir.