Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlandı - Azərbaycanda

  • 28 Sen 2020 15:39
  • 2570 Baxış
Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlandı  - Azərbaycanda

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Medicina.az-ın məlumatına görə, Nazirlikdən bildirlib ki, 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində isə yüksək hərarət qeydə alınmayıb.

Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 12 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.