Daha bir həkim koronavirusa yoluxdu - Vəziyyəti ağırdır - FOTO

  • 2020.07.21 17:38
  • 15294 Baxış
Daha bir həkim koronavirusa yoluxdu  - Vəziyyəti ağırdır - FOTO
Azərbaycanda koronavirusla mübarizə aparan daha bir həkim virusa yoluxdu.

Medicina.az-ın məlumatına görə, reanimotoloq Elçin Həmzəlioğlunun COVİD-19 testinin cavabı pozitiv çıxıb.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

"COVİD-19 virusu ölkəmizə ayaq açan gündən onunla ön cərgədə mübarizə aparan həkimlərdən biri də Elçin Həmzəlioğludur. Elçin həkim öz ailəsindən, övladından ayrı düşüb, ən ağır xəstələrin Masallı və Astara rayonlarındakı xəstəxanaların reanimasiya şöbələrində müalicə alıb sağalmaları üçün əlindən gələni edib və yüzlərlə xəstənin şəfa tapıb aramıza qayıtmasına vasitəçi olub. Bu gün çox təəssüfki özünün həyatı təhlükə qarşısındadır".

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.