Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq ölüb.
Medicina.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü Fərxan və bacısı Kübraxanım Səfərovlar yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.