Şagird ov tüfəngini liseyə belə keçirib - VİDEO

  • 2026.02.06 17:09
  • 193 Baxış
Şagird ov tüfəngini liseyə belə keçirib   - VİDEO


Səhər saatlarında “İdrak” liseyində baş verən insidentin ilkin görüntüləri yayılıb.

Medicina.az Musteqil.az-a istinadla xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib.liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib.

Hadisə zamanı ov silahından açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.