Güllənən müəllim palataya köçürüldü

  • 2026.02.07 16:29
  • 81 Baxış
Güllənən müəllim palataya köçürüldü


Ötən gün səhər saatlarında “İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Medicina.az xəbər verir ki, KTM məlumatına görə, müəllim Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir, oyaqdır.

Medicina.az