Oğul böyütmək qız böyütməkdən daha çox intellektual tələbkarlıq tələb edir.
Medicina.az xəbər verir ki, bu, Çexiya və ABŞ-dan olan tədqiqatçıların gəldiyi nəticədir.
50 və yuxarı yaşda olan 13.000-dən çox valideyn üzərində araşdırma apardıqdan sonra bu nəticəyə gəlinib ki, oğul sahibi olan valideynlərin beyinləri qız böyüdən valideynlərə nisbətən daha tez qocalır. Hətta bir oğul sahibi olmaq belə, uşağı olmayanlarla müqayisədə idrak bacarıqlarının itirilməsini sürətləndirir.
Əgər valideynlərin iki və ya daha çox oğlu varsa, qızları olan valideynlərlə müqayisədə zəkada əhəmiyyətli dərəcədə daha çox azalma müşahidə olunub.
Oğul böyütməyin niyə belə bir təsirə malik olduğuna dair nəzəriyyələr mövcuddur. Birincisi, qızlar qocalıqda valideynlərinə daha çox qayğı göstərir və onlara emosional dəstək olurlar. Bu, valideynlərə yaşlandıqca sağlamlıqlarını qorumağa kömək edir.
İkincisi, oğlanların valideynləri ümumiyyətlə sağlam həyat tərzi sürürlər. Məsələn, oğulların analarının orta bədən kütlə indeksi qızlarını böyüdən analara nisbətən daim daha yüksəkdir. Bundan əlavə, qızların qanunsuz maddələrdən, spirtli içkilərdən və ya tütün məhsullarından istifadə etmə ehtimalı daha azdır.
Aygün Musayeva