Depressiv insanların beynində ola bilərDƏHŞƏTLİ XƏSTƏLİK

  • 2017.10.12 16:51
  • 15240 Baxış
Depressiv insanların beynində  ola bilər DƏHŞƏTLİ XƏSTƏLİK
Böyük Britaniyanın Mançester Universitetinin alimləri insanda intihar və sui-qəsd kimi fikirlərin səbəbini beyin və beyin toxumasının iltihabında görürlər. 


Medicina.az xəbər verir ki, alimlər intihara meyl edən və ya etmiş insanların beynində TSPO zülalın səviyyəsinin artdığı sübut olunub.


Mütəxəssislər eksperiment üçün ağır və orta ağır depressiyada olub, suisidal fikirlərə düşmüş 16 nəfəri dəvət ediblər. Onların beyni kompüter tomoqrafiyasından keçirilib. Pasiyentlərdə TSPO zülalı yüksək görülüb. Bu isə baş beynin iltihabı prosesinin aktivləşməsinin göstəricisidir. İltihab sinir sisteminin hüceyrələrini zədələyir. Ona görə ağır depressiyada olub, intihara meyl edən insanların beyin iltihabına görə yoxlanması və müalicəsi uğurlu nəticələr verə bilər.