Deputat ərinin ölüm səbəbini AÇIQLADI

  • 2022.10.05 14:31
  • 2242 Baxış
Deputat ərinin ölüm səbəbini  AÇIQLADI
"Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".


Medicina.az Axar.az-a istinadla xəbər verir ki, bunu deputat Jalə Əhmədova ərinin vəfatı haqda danışarkən deyib.


O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: "Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq".


Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var. Mərhum Xaçmaz rayonunda dəfn olunacaq.