2022-ci il Qətər Dünya Kubokunda stili ilə məşhurlaşan xorvatiyalı model İvana Knöll, 2026-cı il Dünya Kubokunun tribunalarında yenidən peyda oldu. Tribunalardan rəngarəng anlar paylaşan məşhur model bir daha diqqət çəkdi.
Medicina.az xəbər verir ki, 2022-ci il Qətər Dünya Kubokunda cəsarətli stili ilə qlobal fenomenə çevrilən xorvatiyalı model İvana Knöll turnir səhnəsinə qayıdıb.
ABŞ, Meksika və Kanadada birgə keçirilən FIFA 2026 Dünya Kubokunda tribunalarda yenidən peyda olan məşhur xorvatiyalı model, İngiltərəyə qarşı matçın ilk anlarından bütün kameraları cəlb etməyi bacardı. Qırmızı-ağ rəngli Xorvatiya milli komandasının ikonik formasında tribunada yerini alan Knöll, coşğulu və rəngarəng anlarını sosial mediada izləyiciləri ilə bölüşdü.
Qısa müddətdə paylaşımları ilə milyonlarla bəyənmə toplayan və 2022-ci il turnirinin ən çox danışılan adlarından birinə çevrilən İvana Knöll milyonlarla izləyiciyə çatmağı bacardı.
Aygün
Medicina.az