Dr. Sərxan Əmirquliyev Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin sədri seçildi

  • 2026.08.05 12:13
  • 107 Baxış
Dr. Sərxan Əmirquliyev Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin  sədri seçildi

Avqustun 4-də keçirilmiş Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin növbəti ümumi yığıncağında təşkilatın yeni sədri seçilib.

Medicina.az xəbər verir ki, yığıncağın qərarına əsasən, Dr. Sərxan Əmirquliyev ictimai birliyin sədri vəzifəsinə seçilib.

Dr. Sərxan Əmirquliyev hazırda Miqren Baş Ağrıları Mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərir. O, baş ağrıları və miqren sahəsində ixtisaslaşmış mütəxəssis olmaqla yanaşı, elmi-tədqiqat, tibbi təhsil və beynəlxalq əməkdaşlıq istiqamətlərində fəal fəaliyyəti ilə tanınır.

Yeni rəhbərliyin əsas prioritetləri Azərbaycanda baş ağrıları sahəsində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, həkimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların təşviqi və əhalinin maarifləndirilməsi olacaq.

Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyi ölkədə baş ağrıları və miqren sahəsində elmi biliklərin inkişafına, müasir müalicə yanaşmalarının tətbiqinə və beynəlxalq təcrübənin Azərbaycana inteqrasiyasına töhfə vermək məqsədilə fəaliyyətini davam etdirəcək.