Dünyada koronavirusa yoluxanların sayı 116,5 milyonu ötdü

  • 07 Mrt 2021 17:41
  • 1094 Baxış
Dünyada koronavirusa yoluxanların sayı 116,5 milyonu ötdü
Dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 116 574 933 təşkil edir.

Medicina.az xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti bildirib.


Qeyd edilir ki, COVID-19-dan ölənlərin sayı bir gün ərzində 2 589 283-ə qədər artıb, virusa yoluxmuş 91 milyondan çox insan sağalıb.

COVID-19-a yoluxma hallarının sayının 10 milyondan çox olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir.

Birləşmiş Ştatlar virusa yoluxma və və ölüm sayı üzrə lider olaraq qalır. ABŞ-da koronavirusa 28 952 953 yoluxma aşkarlanıb, 524 362 insan infeksiyadan ölüb, təxminən 20 milyon nəfər sağalıb.

Yoluxma hallarının sayına görə ikinci yeri Hindistan tutur. Cənubi Asiyanın bu ölkəsində pandemiyanın başlanğıcından COVID-19-a 11 210 799 yoluxma qeydə alınıb, ölənlərin sayı 157 756 təşkil edir, təxminən 11 milyon insan sağalıb.

Koronavirusa yoluxma hallarının sayı üzrə üçüncü yerdə qərarlaşan Braziliyada pandemiya ərzində 10 938 836 xəstə qeydə alınıb, onlardan 264 325 nəfər ölüb, 9,6 milyondan çox pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.