Dünyada koronavirusdan xəbərsiz olan yeganə adam - "Niyə maska taxmısız?"

  • 2020.09.18 15:24
  • 2146 Baxış
Dünyada koronavirusdan xəbərsiz olan yeganə adam  - "Niyə maska taxmısız?"


Türkiyədə koronavirusa yoluxan ilk xəstələrdən biri 73 yaşlı Oğuz Peker 4 ay sonra komadan ayılıb. 5,5 aylıq müalicəsindən sonra xəstəliyə qalib gələrək evə buraxılan Pekerin özünə gələndə dediyi ilk sözlər təəccüb doğurub.

O ətrafındakı tibb işçilərinə “avtomobil qəzasımı keçirdim, niyə hamı maskalıdır” sualını ünvanlayıb.

Ailəsi və həkimləri ona koronavirus pandemiyasını və bu müddət ərzində baş verən dəyişiklikləri izah etdikdən sonra Peker bunları dərk etməkdə çətinlik çəkdiyini söyləyib.

125 gün reanimasiyada yatan 73 yaşlı xəstə nevroloji, nefroloji, infeksion və intensiv terapiya mütəxəssislərinin cəhdləri sayəsində həyata geri qayıtmaqdan məmnun olduğunu dilə gətirib.

Türkiyədə ilk dəfə 11 martda koronavirus pandemiyasının yayılması rəsmi şəkildə açıqlanıb. 1 gün sonra Oğuz Peker xəstələnib və qızdırma, halsızlıq, tənəffüs çatışmazlığı simptomları ilə xəstəxanaya yerləşdirilib.