Emal olunmuş ət xərçəng riskini artırır

  • 2026.07.24 12:07
  • 97 Baxış
Emal olunmuş ət xərçəng riskini artırır

Emal olunmuş ət məhsullarının müntəzəm istehlakı yoğun bağırsaq xərçəngi riskini artırır.

Medicina.az xəbər verir ki, kolbasa, sosiska, vetçina kimi məhsullarda olan nitrat və nitritlər, həmçinin hisəvermə və yüksək temperaturda bişirmə zamanı yaranan maddələr xərçəng riskini yüksəldə bilər.

Araşdırmaya əsasən, hər gün əlavə 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini təxminən 18 faiz artırır.

Alimlər riski azaltmaq üçün emal olunmuş ət məhsullarının istehlakını məhdudlaşdırmağı və daha çox təzə ət, balıq, quş əti və tərəvəzlərə üstünlük verməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az