"Əməliyyat etdiyimiz xəstələrdə də koronavirus aşkarlayırıq" - Fransada çalışan azərbaycanlı cərrah danışdı

  • 2020.04.13 14:49
  • 1804 Baxış
"Əməliyyat etdiyimiz xəstələrdə də koronavirus aşkarlayırıq"   - Fransada çalışan azərbaycanlı cərrah  danışdı

Fransada korona viruslu xəstələri müalicə edənlər arasında ar azərbaycanlı həkimlər də var. Onlardan biri də bu ölkədə çalışan cərrah Aydan Rafiqqızıdır.


Aydan xanım 2003-cü ildən Parisin müxtəlif nüfuzlu klinikalarında ümumi cərrahiyə sahəsində çalışır.

Hazırda isə Robert Balanje İnterkommunal Mərkəzi Hosptalının (Centre Hospitalier Intercommunal Robert Ballanger) cərrahıdır.

Medicina.az xəbər verir ki, həkim publika.az-a açıqlamasında Fransada koronavirusla necə mübarizə aparılması, hazırda hansı işlə məşğul olması və virusa yoluxan azərbaycanlılardan danışıb.


"Koronavirusa yoluxan xəstələrin müalicəsi mərhələyə uyğun aparılır. 50 yaşdan yuxarı xəstələr bu virusu ağır keçirir.

Bildiyiniz kimi, xəstəliyin gizli periodu var ki, xəstə fərqində olmadan virus onun orqanizmini haldan salır. Həmin müddətdə diaqnoz qoyulmadığından, xəstəlik ağırlaşanda həkimə müraciət etdiyi üçün artıq orta mərhələyə keçmiş olur. Bu zaman da xəstəliyi düzgün müalicə etmədikdə lap ağırlaşır. Hər gün klinikamızda müxtəlif cərrahi əməliyyatlar gerçəkləşdiririk.

Elə bu günlərdə əməliyyat etdiyimiz xəstələr reanimasiya otağında ikən dördündə COVİD-19 virusu aşkarladıq. Onların yaş həddi 40-dan 70-dək idi. Bu xəstələrin ilkin simptomları 38 dərəcədən yuxarı qızdırma, öskürək idi. Ən əsası isə halsızlıq və iştahsızlıq müşahidə olundu.

Virusa yoluxanda immunitet həddən çox zəifləyir. Ağciyəri tomoqrafiya etdik. Koronavirusa yoluxan xəstələrin ağciyərində pnevmaniyadan fərqli olaraq ləkələr formalaşır. Amma dediyim kimi, koronavirus haqda kifayət qədər geniş məlumata sahib deyilik. Selikli qişadan götürdüyümüz analizlə bu diaqnozu dəqiqləşdirib, əməliyyatdan yenicə çıxmış pasientləri müalicəyə yolladıq. Burada isə süni nəfəs aparatını, ürək-damar sisteminin fəaliyyətini göstərən alətləri monitora bağlayıb, nəzarət edirik. Eləcə də bol vitamin qəbul edirlər.


Klinikamıza yaşlı azərbaycanlı bəy gəldi. Adının anonimliyini saxlamağımı istədi. Ailəsi və körpə uşaqlarına görə çox narahat idi. Əslinə qalsa, özü də virusa yoluxduğunun fərqində deyildi.

Nəzərinizə bir məsələni də çatdırmaq istəyirəm ki, bu xəstəliyin əlamətləri yalnız öskürək və hərarət deyil. Müxtəlik orqanizmlər virusa fərqli şəkildə reaksiya verirlər. Xüsusən də xroniki xəstəliyi olanlardan danışıram. Bu siyahıya diabet, metabolizm pozulması, hipertoniya və s. aiddir. Həmin xəstələrdə virus özünü çox ağır şəkildə göstərir.

Hazırda həmyerlimiz müalicəsini davam etdirir və yaxşılaşır. Digər xəstəmiz isə azərbaycanlı tələbəmiz Leyla idi. Onun dadiqanozunu qoyduq. Lazımi təlimatları verdim. Hazırda vəziyyəti yaxşıdır".