Əməliyyat zamanı zədələnmiş böyrək kanalını bərpa etdilər - Azərbaycanda unikal əməliyyat

  • 2020.01.11 17:09
  • 3334 Baxış
Əməliyyat zamanı zədələnmiş böyrək kanalını bərpa etdilər  - Azərbaycanda unikal əməliyyat

Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Bəhruz Xalıqov 42 yaşlı qadın pasiyent üzərində zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatını laparoskopik üsulla icra edib.

Medicina.az xəbər verir ki, xəstə bundan əvvəl başqa tibb müəssisəsinə müraciət edib. Məlum olub ki, xəstə digər klinikada keçirdiyi ginekoloji əməliyyat zamanı onun sağ böyrək kanalının zədələnib.

Müayinə zamanı sağ sidik kanalında 4-5 sm-lik defektin olması aşkarlanıb.

Müayinədən dərhal sonra Dr. Bəhruz Xalıqov və onun komandası xəstənni əməliyyat edib. Qapalı üsulla böyrək kanalında rekonstruktiv əməliyyat uğurla icra edilib. 42 yaşlı qadının vəziyyəti hazırda qənaətbəxşdir.

Qeyd edək ki, bu əməliyyatın laparoskopik üsulla icrası Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının həkimi tərəfindən həyata keçirilib.

Bu əməliyyata qədər Azərbaycanda böyrək kanalının rekonstruktiv əməliyyatının (Psoas hitch and ureteral reimplantation) laparoskopik üsulla icra edilməsi halına rast gəlinməyib.