Ən çirkli havası olan paytaxt şəhəri açıqlandı

  • 2024.03.19 15:02
  • 921 Baxış
Ən çirkli havası olan paytaxt şəhəri açıqlandı
İsveçrənin “IQAir” təşkilatı dünyada 2023-cü il üzrə havanın keyfiyyəti ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Medicina.az xəbər verir ki, Hindistanın paytaxtı Dehli dünyanın ən çirkli paytaxt şəhəri hesab olunub. Ən çirkli havaya malik şəhər də Hindistandadır. Belə ki, Bequsaray şəhəri çirkli havanın dözülməz olduğu bölgə kimi qeyd olunub.

Araşdırmanın nəticələrinə görə, Dehlidə PM2.5 səviyyəsi 2022-ci ildə hər kubmetr üçün 89,1 mikroqram olub. 2023-cü ildə bu səviyyə 92,7 mikroqrama qədər yüksəlib. Bequsarayda isə hər kubmetr üçün orta hesabla 118,9 mikroqram PM2.5 konsentrasiyası qeydə alınıb.

Xatırladaq ki, artıq 2018-ci ildən bəri Dehli dünyanın ən çirkli paytaxt şəhəri seçilir.

Qeyd edək ki, PM2.5 tənəffüs sisteminə dərindən nüfuz edə bilən və sağlamlıq problemlərinə səbəb olan kiçik hissəciklərdir. Havada PM2.5 konsentrasiyasının səviyyəsinin hər kubmetr üçün 60 mikroqram olması təhlükəsizlik həddi hesab edilir.


Aysel