Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
Medicina.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 1385 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 21 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 124839-a yüksəlib. Ümumilikdə Ermənistanda 1952 nəfər virusdan ölüb.