Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı

  • 2020.10.25 11:44
  • 35697 Baxış
Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı
Ermənistanda son sutka ərzində daha 2314 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, bununla ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 77 837 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 23 nəfər ölüb, pandemiya qurbanlarının sayı 1180-ə çatıb. Hazırda Ermənistanda 25 412 aktiv koronavirus xəstəsi var.