Eynək taxanlar koronvirusa 5 dəfə az yoluxur

  • 2020.09.18 16:00
  • 3672 Baxış
Eynək taxanlar koronvirusa 5 dəfə az yoluxur


İstənilən eynəyi taxan insanlar virusa digərlərindən 5 dəfə az yoluxur. Bu barədə Çin alimləri bildirib.

Medicina.az xəbər verir ki, gözlər də virusa yoluxma üçün təhlükəlidir. İnsan maska taxsa da çirkli əllərini gözlərinə vura bilər.


Ona görə eynək yoluxma riskini artırır. Həmçinin bədəndə ən zərif orqan olan gözləri qoruyur.
Eynəyin koronavirusdan qoruması barədə Nançian universitetinin alimləri təcrübə aparıblar.


“Çinin 80% əhalisi yaxından görmədən əziyyət çəkir və eynək taxır. Amma Yuhanda pandemiya zamanı xəstəxanaya daxil olanalar arasında eynəksiz pasiyentlərin daha çox olduğunu müşahidə etdik. Eynəklilər isə 5 dəfə az idi”.
Alimlər koronavirus diaqnozlu 276 pasiyenti müayinə edib.

Onlardan 30-u eynək taxırdı. Sutkaa 10 saat 16 nəfər eynək taxıb.
Nəticələrə görə, xəstələr arasında eynək taxanlar 5,4 dəfə azlıq təşkil edirdi.

“Hər gün daha uzun müddət eynək taxan şəxslər, yəni görmə problemi olanlar ictimai yerlərdə daha az yoluxur. Onların virus yükü də az olur”.


Odur ki, qış da olsa avtobus, metro və ictimai yerlərdə eynək taxmanızda fayda vardır.