Gəmidə yaralanan azərbaycanlıların son durumu açıqlandı

  • 2026.06.18 17:07
  • 98 Baxış
Gəmidə yaralanan azərbaycanlıların son durumu açıqlandı

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görən gəmilərdə yaralanan Azərbaycan vətəndaşlarının səhhəti ilə bağlı son vəziyyət məlum olub.

Medicina.az xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə hadisə zamanı yaralanan vətəndaşlarımız artıq sağaldıqlarını bildirib.

“Yaralılar sağalıb və evə buraxılıblar”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərinin heyət üzvləri olan 25 Azərbaycan vətəndaşından 4 nəfər həlak olmuş, 4 nəfər isə – Rəşad Mədətxanov, Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli yaralanmışdı.