Mütəxəssislər sağlam insanların əksəriyyətinin gündə 400 mq-a qədər kofein qəbul edə biləcəyini bilririlər. Bu da təxminən 3–5 fincan qara qəhvəyə bərabərdir.
Medicina.az xəbər verir ki, şəkərsiz qəhvə bəzi hallarda ürək və maddələr mübadiləsi üçün faydalı ola bilər. Lakin kofein hər insana fərqli təsir edir.
Əgər qəhvə içdikdən sonra ürəkdöyünmə, yuxusuzluq, əsəbilik və ya təzyiq artımı yaranırsa, miqdarı azaltmaq lazımdır.
Mütəxəssislər enerji içkilərindən isə daha ehtiyatlı olmağı tövsiyə edir.
Xanım,
Medicina.az