Günə 30 min insan vaksin olunur - Azərbaycanda

  • 2021.06.09 17:22
  • 1090 Baxış
Günə 30 min insan vaksin olunur  - Azərbaycanda


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 466 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 072 nəfərdir.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 624 876, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 679 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 945 428 təşkil edir.