Günəş olmaq istəyirəm, ay ana” - KVANT PSİXOLOQU YAZIR

  • 2019.05.13 12:44
  • 9721 Baxış
Günəş olmaq istəyirəm, ay ana”  - KVANT PSİXOLOQU YAZIR
Uşaqlığımda belə bir mahnı vardı: "Qışda, şaxtada, buzda günəş çimir hovuzda. Lap istisində yayın çimir içində çayın. Tez gətirim ləyəni, su tök yuyundur məni. Ay ana, böyüyəndə günəş olaram mən də".
Bu, uşaq xəyalı deyil, insanın böyük olmaq arzusudur. Arzular böyük və gələcəyə ünvanlanan olmalıdır. Yəni arzumuz lampa olmaq yox, günəş olmaqdır.  Arzu isimdir, xəyallarımızdan ibarətdir. Arzuda yaradıcı enerji zəifdir, o, yalnız istəkdən ibarətdir. İstək arzudan bir pillə yuxarıda olsa da, hələ də qurucu enerji daşımır. Bir şeyi arzulayır, xəyallarımızda yaşadıb istəyirik. Amma istəyin baş tutması üçün feil, yəni hərəkət lazımdır. İnadla və məqsədyönlü, strategiya quraraq, saatlarla çalışmaq. Ən vacibi isə fikrin, hisslərin və əməlin eyni dalğada olması vacibdir. Yəni arzu və istəyi niyyətə çevirmək. Məsələn, mən avtomobil almaq arzusundayamsa, bunu düşəndən-düşənə yox, davamlı istəməliyəm və artıq avtomobilim var kimi hisslər yaşamalıyam. Məhz hiss, fikir və əməlin birliyi niyyətə çevrilir, nəticə verir.

 

 

Əgər mən günəş olmaq istəyib, lampa olmaq hisslərini yaşasam arzum həyata keçməyəcək, çünki  günəş olacağıma şübhəm var. Niyyət nədir? Avtomobil almaq istəyirəmsə, bütün güçümlə onun həyata keçməsinə enerji verməliyəm. Amma gərginlikdə və əsəbilikdə yox, "nəyin bahasına olursa-olsun" deyərək yox. Çünki bu halda arzunun niyyətə çevrilməsi emosional əzablar üzərində qurulacaq və istədiyimizi əldə edəndən sonra peşmaçılıq, psixoloji və fiziki problemlər bizi bürüyəcək.

 

 

 

Əvvəlcə, arzumuzun bizə məxsus olduğunu, yoxsa başqasının, ən pisi isə ictimai fikrin olduğunu araşdırmalıyıq. Maşın mənə nə üçün lazımdır? Əgər özümün sosial üstünlüyümü göstərmək , yaxud ictimai fikirdə özünü təsdiq etmək üçündürsə, bu , mənə lazım deyil. Əgər avtomobil mənim işlərimi daha sürətlə görməyə yardım edəcəksə, bunu etmək lazımdır. Arzunun niyyət olmasında motivasiya çox önəmlidir. Motivasiya düzgün olanda niyyət güclü olur.

 

 

Arzunun niyyət olması üçün strategiya vacibdir. Avtomobili necə ala bilərəm? Heç bir halda kredit və borc yolunu seçməyin,  lotoreya girovu da olmayın. Lotoreya da qumardır. Onlar sizi gərginlikdə saxlayıb arzunun həyata keçməsi sevincinə zəhər qatacaq. Soruşacaqsınız, "bəs mən bu maaşla necə avtomobil alım?"

 

 

Yuxarıda qeyd etdiyim tərzdə niyyəti gücləndirmək və əlavə iş axtarmaq olar. Amma heç nə sağlamlığa xələl gətirməməlidir.  Bir də vacib olan niyyəti dəqiq görməkdir. Aavtomobilin rəngi, markası, salonu artıq varmış kimi təsvir etmək və hiss etmək lazımdır. Amma bir şərtlə, özünüzü prosesin içində görmək vacibdir. Yəni avtomobilə kənardan bir film kimi baxmıram. Avtomobili artıq almışam və onu sürürəm. Bəli, bu, bir günə nəticə verməyəcək. Aylarla bu canlı filmi yaşamaq lazımdır. Özü də çox rahat və xoş hisslərlə. Artıq istədiyimizi almışıq kimi sevinc və minnətdarlıqla, inamla və gözləməklə. Amma "bəs niyə olmadı, neçə aydır çalışıram" deyəcəksinizsə, bu təqdirdə neqativ ümidsizlik enerjisi yaradacaqsınız və niyyətinizi itirəcəksiniz.

 

 

Həyatda bir şeyi qazanmaq istəyirsənsə, sistemli və cəsarətlə işləməlisən. Arzular böyük olmalıdır. Bu halda 10% belə əldə etsəniz, bu, az olmayacaq. Azın 10%-də az olacaq. Arzular məqsədlə möhkəmlənəndə güclü niyyət olur. Məqsədimiz avtomobil almaqdırsa, prosesi mərhələlərə bölün. Addım-addım irəliləyin. Bir mərhələni yekunlaşdırmamış o birinə atlamayın. Cəsarətli olun. Addımı atmamış onun sizə uyğun olmadığını bilməyəcəksiniz. Həyatda səhv yoxdur, yalnız təcrübə var. Elə isə irəli! Günəş olmağı arzulayın.

 

Medicina.az

Gülnara İnanc, kvant psixoloqu