Gürcüstanda daha 58 nəfər koronadan öldü

  • 25 Avq 2021 10:50
  • 3080 Baxış
Gürcüstanda daha 58 nəfər koronadan öldü
Gürcüstanda ötən sutkada koronavirusa 5 021 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 5 041 nəfər sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 528 048 nəfər yoluxub. Onların 463 306-sı sağalıb, 6 949-u isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 57 762 nəfər təşkil edir.