Gürcüstanda dekabrın 1-dən COVID pasportunun tətbiqinə başlanılacaq

  • 08 Noy 2021 14:57
  • 298 Baxış
Gürcüstanda dekabrın 1-dən COVID pasportunun tətbiqinə başlanılacaq
Gürcüstanda dekabrın 1-dən COVID pasportunun tətbiqinə başlanılacaq.

Medicinaaz xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, tam peyvənd olunan, son 72 saat ərzində PZR testindən keçib neqativ cavab alan, 24 saat etibarlılığa malik antigen testi olan və ya koronavirusa yoluxub sağalan şəxslər “yaşıl” statusa malik olacaq. Qaydanın yaşı 18-dən yuxarı olan vətəndaşlara və xarici ziyarətçilərə tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən ölkədə iaşə müəssisələri və əyləncə mərkəzlərinə, kinoteatr və opera salonlarına, muzeylərə, konsert zallarına və digər bu kimi müəssisələrə COVID pasprotu olan şəxslər buraxılacaq.