Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb.
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində bildirib ki, sənətçi bu səbəbdən proqrama qatıla bilməyib.
Medicina.az xəbər verir ko, Bakupost.az məsələ ilə bağlı Cavan Zeynallı ilə əlaqə saxlayaraq onun son durumunu öyrənib.
Sənətçi açıqlamasında bildirib ki, səhhəti hazırda yaxşıdır:
“"Space" kanalından məni çağırmışdılar. Səhər tezdən xeyli maşın gözlədim. Bu istilərdə hərəkət etmək çox çətindir, maşın tapılmır. Nəhayət, getdim, orada 3 saat mahnı oxudum, piano çaldım. Axşam saat 5-ə yaxın artıq çox yorulmuşdum. Bu vaxt “Xəzər”dən zəng etdilər ki, gəlin. Dedim ki, artıq çox yorulmuşam, gələ bilmirəm.
İndi isə evdəyəm, dincəlmişəm, yaxşıyam”.