Hər yemək üçün eyni yağdan istifadə etmək sağlamlıq üçün risk yarada bilər.
Medicina.az xəbər verir ki, yağ seçimi bişirmə üsuluna uyğun edilməlidir.
Yüksək temperaturda uyğun olmayan yağlardan istifadə onların parçalanmasına və zərərli maddələrin yaranmasına səbəb ola bilər.
Qızartma üçün zeytun yağı, yüksək oleinli günəbaxan yağı və fıstıq yağı daha davamlı seçimlər hesab olunur.
Salatlar üçün isə kətan, qoz və çətənə yağları kimi omeqa-3 ilə zəngin yağlardan yalnız soyuq halda istifadə etmək tövsiyə edilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yağın həddindən artıq qızdırılması, dəfələrlə istifadə olunması və düzgün saxlanmaması onun keyfiyyətini azalda bilər. Yağı işıqdan və istidən qorumaq, xarab olma əlamətləri olduqda isə istifadə etməmək vacibdir.
Xanım,
Medicina.az