Hərbi Məhkəmənin hakimi koronavirusa yoluxdu

  • 2021.09.15 13:37
  • 1595 Baxış
Hərbi Məhkəmənin hakimi koronavirusa yoluxdu



Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahberdiyevin COVİD-19 analizinin cavabı müsbət çıxıb.


Medicina.az xəbər verir ki, bu səbəbdən onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə salınıb.

Bundan başqa, onunla birlikdə kollegiyada təmsil olunan digər hakimlərin də icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb.