“İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri - Koronavirusdan vəfat etdi

  • 2021.12.04 16:35
  • 4045 Baxış
“İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri  - Koronavirusdan vəfat etdi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.

Medicina..az xəbər verir ki, “İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva koronavirusdan dünyasını dəyişib.

2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilən Gülnar Əliyeva 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.


Allah rəhmət eləsin!