İkinci doza peyvəndini oktyabrda vurduran koronavirus xəstəsi restoranda

  • 23 Okt 2021 15:10
  • 726 Baxış
İkinci doza peyvəndini oktyabrda vurduran  koronavirus xəstəsi restoranda
Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhərin mərkəzində yerləşən restoranlardan birində aşkar edilib.

Daxili İşlər Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, restoranda olan digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Kamal Kenqerlinskiy COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

K. Kenqerlinskiy barəsində Səbail Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırma aparılır.