İllərlə hamilə qala bilməyən qadına yumurta sarısı kömək etdi

  • 2024.01.12 18:12
  • 1053 Baxış
İllərlə hamilə qala bilməyən qadına yumurta sarısı    kömək etdi

Bir neçə illər hamilə qala bilməyən və süni mayalanmaya müraciət edən 42 yaşlı Kler ana olmaq üçün həkimlərin dediklərini etsə də nəticə yox idi.

Həkimlər 40 yaşdan sonra təbii hamiləliyin mümkün olmadığını əsas gətirərək, süni mayalanmaya hazırlaşır.


“Medicina” xəbər verir ki, embrionun implantasiyası 2 dəfə uğursuzluqla nəticələnmişdi.

Nəhayət, həkimlər çarəsiz qalıb, qadına bir müddət fasilə verməyi tövsiyə edir.

Amma qarşısına məqsəd qoyan Kler internetdə Amerika klinikalarında populyar olar intralipidlər barədə oxuyur.

İntralipid soya yağı, yumurta sarısı, qliserindən ibarət yağ emulsiyasıdır, EKO-dan öncə qadınlara parenteral yolla verilir.

Bu emulsiya immun sistemin hücumunu azaldır və embrionun tutmasına səbəb olur.

Qadın dərhal bu prosedurdan keçir, bir kurs intralipid alır və növbəti süni mayalanma proseduru uğurla nəticələnir. Kler qız anası olub.


Aygün Musayeva