İnsanın damarlarını tıxayan gündəlik qidalar

  • 2023.10.31 16:10
  • 2721 Baxış
İnsanın damarlarını tıxayan gündəlik qidalar

Müasir dövrdə 90% market və qida sənayesi kulinar məhsullarında olan transyağlar damarları dağıdan bir nömrəli səbəbdir.

“Medicina” xəbər verir ki, həkim Mariyyat Muxina məşhur kulinar yağının damar divarlarına təsirindən danışıb.


“Bu yağ damar divarlarına çöküb xolesterin tıxacları yaradır.

Digər təhlükəli qida duzdur. O ödem yaradır, təzyiqi qaldırır. Nəzərə alın ki, qəbul etdiyimiz duz 80% halda gizli olur.

Kolbasa, sosis, yarımfabrikat, konserv və un məmulatlarında duz olur.

Şəkər və şirin qidalar da damarlara neqativ təsir edir. Çox şirin yeyənlərdə maddələr mübadiləsi pozulur, nəticədə diabet yaranır.

ABŞ alimləri sübut edib ki, yaşlandıqca ürək-damar xəstəliklərinin artması DNT-nin zədələnməsi ilə əlaqədardır.

Aygün Musayeva