İnsanlar artıq maskasız, sosial məsafə gözləmədən küçədədirlər - FOTOLAR

  • 11 May 2021 11:40
  • 553 Baxış
İnsanlar artıq maskasız, sosial məsafə gözləmədən küçədədirlər -  FOTOLAR

İspaniyada koronavirusa görə altı aydır tətbiq olunan fövqəladə vəziyyət sona çatıb.

Medicina.az xəbər verir ki, minlərlə insan ölkənin müxtəlif şəhərlərində meydanlara axışıb.

Yüzlərlə insan Madridin Puerta del Sol meydanına maskasız toplaşaraq, məsafə gözləmədən küçə ziyafəti təşkil edib.

Əsasən gənclərdən ibarət olan dəstə epidemiyanı unudub, oxuyub rəqs edərək əylənib.

Barselonadakı meydanlar və çimərliklər də oxşar mənzərələrə şahid olub. Bir çoxu maskasız olan 500-dən çox insan meydanlara axışıb. Küçə məclislərində atəşfəşanlıq zamanı izdihamı dağıtmaq üçün polis müdaxilə edib.

Qeyd edək ki, İspaniya koronavirusa 3 567 408 yoluxma ilə dünyada bu xəstəliyə yoluxanların ən çox olduğu ilk onluğa daxildir.