İntim həyatı aktivləşdirən məşq növü - açıqlandı

  • 2024.05.06 19:06
  • 536 Baxış
İntim həyatı aktivləşdirən məşq növü   -  açıqlandı

Kardioməşqlər və çanaq dibi əzələləri möhkəmlədən “planka” tipli hərəkətlər seksual funksiyaya da müsbət təsir edir.


“Medicina” xəbər verir ki, seksopatoloq Reyçel Zar və fizioterapevt Canell Hauell qarın əzələsi –press, qollar, kürək, çanaq və bud əzələlərinin məşqinin qadınlar üçün xüsusilə vacib olduğunu bildirib.


Mütəxəssis nəzarəti altında düzgün və müntəzəm şəkildə bu hərəkətləri etməyin ürək sağlamlığı ilə yanaşı, cinsi sağlamlığa da təsir etdiyni açıqlayıb.

Məşqin əsasında bədən gövdəsini döşəmə, yer ilə paralel dirsəklərə yüklənməklə düz saxlamaq dayanır.

Məşq dilində “planka” adlanan hərəkət seks zamanı dözümlülük və müxtəlif pozalara dayanıqlığı təmin edir.

Bu idman həm də arıqlamağa kömək edir.

Bədən formasına əminlik cinsi münasibətlərdə şəxsi cazibədarlığına inamı bərpa edir.

Kardioməşqləri də unutmaq olmaz, o ürək, beyin qan dövranını yaxşılaşdırır.
Nəticədə libido yüksəlir”.


Aygün M