İsrail yenidən maska rejiminə qayıtdı

  • 2021.06.25 15:21
  • 1233 Baxış
İsrail yenidən maska rejiminə qayıtdı

İsraildə koronavirusa yoluxma halları yenidən artdığına görə qapalı məkanlarda 27 iyundan etibarən maska taxmaq tələbi yenidən qüvvəyə minəcək.

Medicina.az xəbər verir ki, bunu İsrail hökumətinin rəsmisi, professor Naçman Aş deyib.

O, eyni zamanda koronavirus peyvəndi olunmayan ölkə vətəndaşlarına da xaricə səyahət etməməyi tövsiyə edib