İstanbulda meymunçiçəyi şübhəsi ilə 2 xəstə saxlanıldı

  • 06 İyn 2022 14:43
  • 614 Baxış
İstanbulda meymunçiçəyi şübhəsi ilə 2 xəstə saxlanıldı

Türkiyənin İstanbul şəhərinin Sultanqazi bölgəsində aptekə gələn 2 Əfqanıstan vətəndaş əllərindəki yaraları göstərərək dərman istəyib.

Medicina.az xəbər verir ki, aptekdə çalışan "meymun çiçəyi" ola biləcəyindən şübhələnib və aidiyyəti şəxslərə məlumat verib.

Xəzər TV bildirir ki, polis və tibb işçiləri aptekdən çıxan 2 əfqanı və yoldaşlarını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 3 nəfər aparıldıqları xəstəxanada müayinədən keçirilib. Yaraların səbəbləri araşdırılır. Yaraların suçiçəyi səbəb ola biləcəyi ehtimalı da müzakirə edilir.