Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarda kvas içmək sağlamlığa faydalıdır? – Dietoloqdan AÇIQLAMA

  • 2024.07.09 17:09
  • 1082 Baxış
İsti havalarda kvas içmək sağlamlığa faydalıdır? –  Dietoloqdan AÇIQLAMA
Məşhur dietoloq marketlərdə satılan kvasın sağlamlığa faydalı olub-olmadığını izah edib.

Medicina.az xəbər verir ki, kvass zəngin tarixə malik ənənəvi rus içkisidir. Təravətləndirici xüsusiyyəti ilə seçilən kvas bir vaxtlar hər evdə çovdar çörəyindən və səmənidən hazırlanır, bəzən bal əlavə edilirdi.

Hazırda isə bu içkini supermarket rəflərində tapmaq olar.

Bəs müasir kvas nə qədər faydalıdır?

Bu barədə aif.ru-ya Rusiya Səhiyyə Nazirliyinin Rusiya Uşaq Kliniki Xəstəxanasının dietoloqu Səbinə Karsiyeva məlumat verib.

O bildirib ki, kvass ümumi sağlamlıq və toxunulmazlıq üçün vacib olan bağırsaq mikroflorasına faydalı təsir göstərən fermentləşdirilmiş məhsuldur:

“İçkinin tərkibində ürək üçün zəruri olan lakto- və bifidobakteriyalar, B, C, E vitaminləri, həmçinin kalium və maqnezium var.

Bununla belə, kvas superqida hesab edilməməlidir. Çünki tərkibindəki faydalı maddələrin miqdarı azdır”.

O qeyd edib ki, bu içkini həddindən artıq istehlak etmək, yüksək şəkər tərkibinə görə sağlamlığa zərər verə, fermentasiya məhsulu olduğu üçün şişkinliyə də səbəb ola bilər.

Dietoloq kvası hətta sağlam insanlara da gündə bir stəkandan artıq içməməyi və yalnız yeməkdən sonra içməyi tövsiyə edib.

“Mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün kvasdan tamamilə imtina etmək daha yaxşıdır. Həm də evdə hazırlanmış kvaslara üstünlük vermək məsləhətdir.

Çünki yalnız bu halda inqrediyentlərin keyfiyyətinə və əlavə olunan şəkərin miqdarına nəzarət edə bilərsiniz. Evdə hazırlanan məhsulda konservantlar və ya digər əlavələr olmayacaq. Kvası mağazadan alırsınızsa, tərkibini diqqətlə oxuyun. Tərkibində yalnız su, çovdar unu, maya və şəkər olmalıdır. Süni rəngləndiricilər, dadalnadırıcılar konservantlar olan içkiləri almamaq lazımdır. Həmçinin son istifadə tarixinə diqqət yetirin. Əsl kvasın ömrü iki həftədən çox olmamalıdır”, - deyə dietolqo nəzərə çatdırıb.

Uşaqları qazlı içki sevən bir çox valideyn onlara daha sağlam alternativ olaraq kvas təklif edir. Dietoloq bu qərarı dəstəkləyir, lakin xəbərdarlıq edir ki, burada da həddi bilmək vacibdir - gündə 200 ml-dən çox olmamalıdır.

“Bu içki 3 yaşdan kiçik uşaqlar üçün tövsiyə edilmir. 7 yaşından etibarən, az miqdarda olmaqla (50 ml) tədricən kvası qida rasionuna daxil edə və uşağın reaksiyasını diqqətlə izləyə bilərsiniz. İçkiyə qarşı mənfi bir reaksiya yoxdursa, miqdar tədricən artırıla bilər, lakin gündə bir stəkandan çox olmamalıdır”, - deyə dietoloq vurğulayıb.


Aysel