Gündə iki fincan yüksək flavanol tərkibli isti kakao içmək qan damarlarının sağlamlığına müsbət təsir göstərə bilər.
Medicina.az xəbər verir ki, bu barədə həkim Uilyam Li podkast çıxışında danışıb.
O bildirib ki, flavanolla zəngin kakao içkisinin müntəzəm qəbulu qan damarlarının bərpasında iştirak edən bəzi dövran edən hüceyrələrin sayını artıra bilər. Bununla belə, söhbət adi şəkərli isti şokoladdan deyil, tərkibində ən azı 80 faiz kakao olan, az işlənmiş və şəkəri minimum olan məhsuldan gedir.
Bu iddia 2010-cu ildə Kaliforniya Universitetinin (UCSF) apardığı kiçik araşdırmaya əsaslanır. Tədqiqatda ürəyin tac damar xəstəliyindən əziyyət çəkən 16 nəfər 30 gün ərzində gündə iki dəfə yüksək flavanollu kakao içkisi qəbul edib. Nəticədə qan damarlarının funksiyasında yaxşılaşma və damarların bərpası ilə əlaqəli hüceyrələrin sayında artım müşahidə olunub.
Xanım,
Medicina.az